Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilmişdir

23 dekabr 2021 | 16:00

 23 dekabr 2021-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilmişdir. Şura iclasında “Ev təsərrüfatlarının uçotu kitabı”nın aparılmasına hazırlıq işlərinin vəziyyəti”, “Koronavirus infeksiyasına qarşı aparılan peyvəndlənmə prosesinin gedişi” barədə və digər cari məsələlər müzakirə edilmişdir.
  Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin iştirak etdiyi şura iclasında rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək qeyd etdi ki, ev təsərrüfatları kitabında əks olunan məlumatların ölkəmizin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı qərarların qəbulunda, demoqrafik vəziyyətin və miqrasiyanın öyrənilməsində, əhalinin və kənd təsərrüfatının siyahıya alınmasının xüsusi əhəmiyyətini nəzərə alaraq uçot işinin ciddi dəqiqləşdirilməsi təmin olunsun.
  Həmçinin qeyd olundu ki, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın tapşırığına müvafiq olaraq koronavirus xəstəliyinin rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və profilaktiki tədbirlərin görülməsi məqsədilə yaşı 18-dən yuxarı olan rayon əhalisinin kütləvi vaksinasiyasına başlanılmışdır. Bu məqsədlə rayon mərkəzində 2 vaksinasiya məntəqəsi yaradılmış, kənd yaşayış məntəqələrində hər gün 3-5 səyyar vaksinasiya qrupu vasitəsilə əhalinin peyvəndlənməsi işləri aparılmışdır. 
Şura iclasında digər cari məsələlər də müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Keçidlər