Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbərliyi Şəhid ailəsi üçün yeni inşa olunan evdə aparılan tikinti işləri ilə maraqlanıb

16 noyabr 2021 | 16:00

 Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Bəydövül kəndindən Vətən müharibəsində şəhid olmuş Mütalib Ələsgər oğlu Xudiyevin ailəsi üçün inşa olunan evdə aparılan tikinti işləri ilə maraqlanıb.
  Rayon İcra Hakimiyyətinin başçısı şəhidimizin ailə üzvləri görüşmüş və məlum olmuşdur ki, şəhid M.Xudiyev həyətyanı torpaq sahələrində yeni evin tikintisinə başlamış, lakin Vətən müharibəsində şəhid olduğu üçün tikinti işləri tamamlanmamışdır.
  Aparılan təmir işləri ilə tanış olan Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, şəhidlərimizin xatirəsi həmişə əziz tutmaq, onların ailələrinə və bizə əmanət qalan övladlarına qayğı ilə yanaşmaq hər birimizin borcudur. Rayon rəhbəri yarımçıq qalmış tikilinin tamamlanması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar vermiş və icrasının nəzarətə götürüldüyünü bildirmişdir.
Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həssas əhali qrupuna aid olan ailələrə göstərdiyi diqqət və qayğı hər birimiz üçün nümunədir.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib.

Keçidlər