Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Zəfər günü münasibətilə “Göyçaydan Qarabağa hər əsgərə bir nar” adlı karvan yola salındı

07 noyabr 2021 | 16:00

 07 noyabr 2021-ci il tarixdə Zəfər günü münasibətilə “Göyçaydan Qarabağa hər əsgərə bir nar” şüarı altında tədbir keçirildi. Göyçayın simvolu olan meyvələrin şahı nar, həmçinin rayon ərazisində yetişən müxtəlif meyvələrdən ibarət yüklənmiş karvan Qarabağ bölgəsində xidmət edən əsgərlərimizə göndərildi.
  “Göyçaydan Qarabağa hər əsgərə bir nar” şüarı altında keçirilən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə 2020-ci ilin sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi hücuma keçməsinin nəticəsi olaraq Ali baş komandanın əmri ilə əks hücum həmləsi həyata keçirilməsi və ordumuzun qəhrəmanlığı nəticəsində işğal altında olan torpaqlarımızın azad olması barədə məlumat verdi.
  Çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, rəşadətli ordumuzun gücü, qüvvəsi nəticəsində 44 günə əldə olunmuş Zəfər münasibətilə əsgərlərimizə nar karvanının yola salınmasının yadda qalacağını vurğuladılar.
Sonda avtomobil karvanı Qarabağ bölgəsinə yola salındı.
Tədbir pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilmişdir.

Keçidlər