Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəmizə - Zəfər bayramına həsr olunmuş silsilə tədbirlər davam edir

06 noyabr 2021 | 16:00

 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəmizə - Zəfər bayramına həsr olunmuş silsilə tədbirlər proqramına uyğun olaraq bu gün Göyçay Uşaq Musiqi məktəbində “Zəfər gününə gedən yol” adlı konsert  proqramı keçirildi.
  Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəis müavini Sahib Şükürov, aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin qəhrəman döyüşçüləri, rayon ictimaiyyətinin nümayəndələri və musiqi məktəbin kollektivi iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
  Rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək 44 günlük Vətən müharibəsində canlarından keçərək adlarını qızıl hərflərlə Azərbaycan tarixinə yazmış şəhidlərimizin,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun,  fədakar əsgər və zabitlərimizin rəşadətli döyüş yolundan söhbət açaraq məktəbin kollektivini,  Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbərliyini və konsertdə iştirak edən Qarabağ müharibəsinin qəhrəman döyüşçülərini  “Zəfər Bayramı” münasibətilə təbrik etdi və rayon icra hakimiyyətinin başçısı adından minnətdarlığını bildirdi.
  Tədbirdə Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş, Zəngilanın,  Cəbrayılın və Qubadlının alınmasında xüsusi xidmətləri olmuş Vətən müharibəsi iştirakçısı Nurlan Yaqubov keçdiyi şərəfli döyüş yolundan, döyüşçü yoldaşlarının Zəfərə gedən yolda rəşadətlərindən bəhs etdi.
  Sonra Musiqi məktəbinin müəllimlərdən ibarət xor kollektivinin,  skripkaçılar ansamblının və musiqi kollektivinin ifasında Qarabağa, Şuşaya, vətənə aid mahnı və muğamlar, məktəblilərin hazırladıqları şer və rəqs kompazisiyası nümayiş olundu.

 

https://www.facebook.com

https://www.instagram.com

https://twitter.com

Keçidlər