Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Alim İbrahimovun vəfatının ildönümü ilə əlaqədar “Səhnədən səngərə” adlı tədbir keçirilib

28 oktyabr 2021 | 16:00

 28 oktyabr 2021-ci il tarixində Göyçay şəhər uşaq musiqi məktəbində musiqi müəllimi işləmiş Vətən Müharibəsinin Şəhidi Alim İbrahimovun vəfatının ildönümü ilə əlaqədar “Səhnədən səngərə” adlı tədbir keçirilib.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, şəhidin ailə üzvləri, mədəniyyət müəssisələrinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
  Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhid Alim İbrahimovun həyatı haqqında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək qeyd etdi ki, ölkə rəhbəri,  Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə bütün ölkə ərazisində, o cümlədən Göyçay rayonunda şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində tədbirlər davamlı olaraq keçirilir. Azərbaycan xalqı heç zaman Şəhidləri unutmayacaq və onların ailə üzvləri daim ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunacaqlar.
Daha sonra çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov şəhid ailələrinə öz adından və Mədəniyyət Naziri cənab Anar Kərimovun adından baş sağlığı verərək qeyd edib ki, Vətən Müharibəsində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışan 6 nəfər əməkdaş iştirak etmişdir.
Sonra Göyçay şəhər Uşaq Musiqi məktəbinin direktoru Rövşən Zamanov çıxış edərək bildirib ki, Alim İbrahimov 2017-ci ildə musiqi məktəbində qarmon müəllimi kimi çalışmağa başlayıb və fəaliyyəti dövründə bütün əməkdaşlar və şagirdləri tərəfindən sevilən bir müəllim olmuşdur.
Şəhidin qardaşı Aydın İbrahimov çıxışında Göyçay rayon İcra Hakimiyyətinin Başçısına, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisinə və Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin direktoruna tədbirin təşkil edilməsinə görə öz təşəkkürünü bildirib.
Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəssamı Məlahət İsmayıl tərəfindən hazırlanan Alim İbrahimovun portreti şəhidin ailəsinə təqdim edilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Səhnədən səngərə” adlı layihə çərçivəsində Şəhid Alim İbrahimova həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda Gəncə Dövlət Dram Teatrının təqdimatında “Şuşa, sən azadsan!” adlı tamaşa nümayiş etdirilib.

 

Keçidlər