Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Fərid Nadirovun ad günü münasibətilə bulağın açılışı olub

21 sentyabr 2021 | 16:00

 Sentyabrın 21-də rayonun Üngütlü kəndində şəhid Fərid İlyas oğlu Nadirovun ad günü münasibəti ilə bulağın açılışı olub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin yaxınları iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabınına gedərək şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
  Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğulların ölməzliyini vurğulayıb, onların xatirələrinin heç bir zaman unudulmayacağını söyləyib və şəhid valideyinlərinə Allahdan səbr, qazilərimizə şəfa diləyib.
Çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs edib, gənclərə nümunə göstəriblər. Azərbaycan ordusunun gücündən, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs edilib.
  Xatırladaq ki, Fərid İlyas oğlu Nadirov Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub və 28 noyabr 2020-ci il tarixdə Göyçay şəhər Şəhidlər Xiyabınında dəfn olunub. Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlər zamanı qəhrəmanlıq və böyük şücaət göstərdiyi üçün ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Şəhidin atası Nadirov İlyas şəhidin xatirəsinin əbədiləşdirilməsinə görə ölkə Prezidentinə və hər kəsə minnətdarlığını bildirib.

Keçidlər