Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhidlik zirvəsinə ucalmış İlham Hüseynovun ad günü məzarı önündə qeyd olundu

08 sentyabr 2021 | 16:00

 08 sentyabr 2021-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qarayazı kənd sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn İlham Umud oğlu Hüseynovun ad günü məzarı önündə qeyd olundu.
  Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edirdilər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd etdi ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Həmçinin tədbirdə çıxış edənlər şəhid İlham Hüseynovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar.
  Oktyabrın 19-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İlham Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Keçidlər