Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi Şəhidinin ad günü qeyd edildi

19 iyun 2021 | 16:00

 19 iyun 2021-ci il tarixində rayonun Bığır kəndi sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Qüdrət Bəhruz oğlu Əzizovun ad günü şəhidin məzarı önündə və evində, rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və şəhidin ailə üzvləri, ağsaqqallar və dindarlarla birlikdə qeyd olundu.
  Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Rayon İcra Hakimiyyəti başçısı şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.
Mərasimdə çıxış edənlər 24 yaşı tamam olan şəhid Qüdrət Əzizovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.
  Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu. Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.
  Şəhidin atası Bəhruz Əzizov bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.

Keçidlər