Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhidlik zirvəsinə ucalmış Səməd Abdullayevin ad günü münasibətilə məzarı ziyarət edilmişdir

17 iyun 2021 | 16:00

 Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından şəhid Abdullayev Səməd Sədiyar oğlunun ad günü məzarı önündə qeyd edildi.
  17 iyun 2021-ci il tarixdə rayonun Qaraxıdır kəndində şəhidin doğum günündə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak edərək məzarına gül-çicək dəstələri düzmüşlər.
  Rayon İcra Hakimiyyətinin başçısı Şəhidin yaşadığı evdə olmuş və valideyinləri ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
Şəhid atası Sədiyar Abdullayev şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.

Keçidlər