Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

15 iyun “Milli Qurtuluş günü” münasibəti ilə videokonfrans formatında tədbir keçirildi

14 iyun 2021 | 16:00

 İyunun 14-də videokonfrans formatında 15 iyun “Milli Qurtuluş günü” münasibəti ilə “Tarixi qələbəyə gedən yol Qurtuluşdan başlayır” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.
Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Bu gün Heydər Əliyev yolu inamla davam etdirilir və bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin gərgin əməyi, səmərəli fəaliyyəti sayəsində mümkün olur.
  Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı. Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü və bundan sonrakı tarixi ikişafımız üçün olduqca səmərəli perspektivlər yaradıldı.
  Sonra Göyçay rayon Ağsaqqallar Şurasının Sədri Xəlil Orucov, şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Firəngiz Rzayeva, Gənclərin İnkişaf və Kariyera mərkəzinin direktoru Coşqun İsmayılov, Qadın Resurs Mərkəzinin koordinatoru Vüsalə Məmmədova, Partiya fəalı, ikinci Vətən müharibəsi iştirakçısı Dinar Əliyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regional şöbəsinin əməkdaşı Rauf Nəsirov Milli Qurtuluş Gününün əhəmiyyətindən danışılıb və qeyd olunub ki, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.

Keçidlər