Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Müskürlü kəndində şəhidlərin xatirəsinə tikilən bulaqlar istifadəyə verilib

09 iyun 2021 | 16:00

 09 iyun 2021-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidlərin ailə üzvləri ilə birlikdə Müskürlü kəndində olmuş, kəndin şəhidlərinin adına inşa olunmuş xatirə lövhəsi və bulaqların açılışında iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə kəndin giriş hissəsində yerləşən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa olunmuş bulaq və xatirə lövhəsinin açılışında iştirak ediblər.
  Sonra Vətən müharibəsi şəhidi Təbriz Xancanovun məzarı ziyarət olunmuş və yaşadığı evin qarşısında inşa olunan bulaq istifadəyə verilmişdir.
Xatirə bulaqlarının açılışında şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.

 

Keçidlər