Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilmişdir

07 iyun 2021 | 16:00

 04 iyun 2021-ci il tarixdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev tərəfindən İkinci Qarabağ-Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərən igid övladlarımız, tariximizdə iz qoyan, qürur mənbəyimiz olan Şəhidlərimiz haqqında hazırlanan kitabın təqdimatı keçirilmişdir.
  Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək üzərinə gül dəstələri düzmüş və xatirəsini etiramla yad etmişlər.
Göyçay rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova və təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilmişdir.
  M.Əfəndiyev çıxışında Azərbaycan tarixini öz qanları ilə yazan Müzəffər Azərbaycan Ordusunun əsgərləri, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ-Vətən Müharibəsində işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad edildiyini qeyd etmiş, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğı, “Qarabağın İnkişafı Fondu” və “YAŞAT” Fondunun fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
  Tədbir iştirakçıları Milli Məclisin üzvü Məzahir Əfəndiyevlə Vətən müharibəsi iştirakçılarını narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Səfər çərçivəsində Göyçay rayon Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulu keçirilmişdir.

Keçidlər