Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

28 may- Respublika Günü ilə əlaqədar tədbirlər davam etdirilir

28 may 2021 | 16:00

 Mayın 28-də Göyçay rayonu Potu kənd tam orta məktəbin şagirdləri Şəhidlər xiyabanını ziyarət etmiş və Göyçay şəhər Bayraq Muzeyində Cumhuriyyət tariximiz adlı dəyirmi masa keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək üzərinə gül dəstələri düzmüş və xatirəsini etiramla yad etmişlər.
Sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş hərbiçilərimizin məzarını ziyarət etmişlər.
Bayraq Muzeyində davam edən tədbirdə Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar haqqında ətraflı məlumat verilmişdir.

Keçidlər