Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbərliyi Ramazan bayramı münasibətilə Şəhidlərimizin məzalarını ziyarət etmiş və bulaq komplekslərinin açılışında iştirak etmişdir

13 may 2021 | 16:00

 Mayın 13-də rayon icra hakimiyyətinin başçısı, Milli Məclisin deputatı Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri Ramazan bayramı münasibətilə Şəhidlərimizin məzalarını ziyarət etmiş və şəhidlərin adına inşa olunmuş bulaq komplekslərinin açılışında iştirak etmişdir.
  Rayon rəhbərliyi Göyçay şəhərində və Çərəkə kəndində yerləşən Şəhidlər Xiyabanında olmuş, həmçinin Ərəbcəbirli kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış döyüşçülərimizin məzarlarını ziyarət edərək, gül dəstələri düzmüşlər.
  Sonra şəhərin Nizami küçəsində Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun və Bığır kəndində Şəhid Qüdrət Əzizovun adına inşa edilmiş bulaqların açılışında iştirak etmişdir.
Şəhidlərin valideynləri ilə söhbət zamanı şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılmışdır.
  Görüşlər zamanı Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunmuş, onların ruhuna dualar edilmişdir.

 

Keçidlər