Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda şəhid adları əbədiləşdirilir

07 may 2021 | 16:00

 Göyçay rayonunda respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Şəhid olmuş polkovnik Babək Səmidli, polkovnik-leytenant Vidadi Xəlilov və əsgər Tərlan İsmayılov adları verilən küçələrin əsaslı təmirdən sonra açılışı olub.
Bu münasibətlə keçirilən təbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak ediblər.
  Əvvəlcə torpaqlarımız uğurunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göyçay şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanmışdır. Qeyd edək ki, rayonumuzda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Keçidlər