Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İnzibati ərazi dairəsi üzrə nümayəndələrlə videokonfrans keçirildi

31 mart 2021 | 16:00

 Martın 31-də rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları, Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktorunun iştirakı ilə şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrlə növbəti videokonfrans keçirildi.
Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən növbəti iclasından söz açaraq bildirdi ki, iclas zamanı ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti, yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olunmuş, peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da  genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqda tapşırıqlar verilmişdir.
 Sonra Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Elçin Bilalov çıxış edərək qeyd etdi ki, ölkəmizin bütün regionlarında olduğu kimi Göyçay rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Rayon üzrə indiyədək 5777, o cümlədən 2324 şəxs ikinci doza ilə peyvənd olunmuşdur.
 Həmçinin videokonfransda şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri rayon ərazisində baramaçılığın inkişaf etdirilməsi üçün yem bazasının yaxşılaşdırılması məqsədi ilə tut tinglərinin əkini və becərilməsi, quş qripi xəstəliyinin baş verməməsi üçün profilaktiki tədbirlərin görülməsi barədə məlumat verilmiş
dir.

Keçidlər