Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Ülvi Ağayevin ad günü qeyd olundu

09 mart 2021 | 16:00

 09 mart 2021-ci il tarixdə rayonun Şahsoltanlı kəndi sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Ülvi Valeh oğlu Ağayevin ad günü məzarı önündə, rayon İcra Hakimiyyəti başçısı, şəhidin ailə üzvləri, kənd sakinləri, dindarlar və ağsaqqallarla birlikdə qeyd olundu.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbirdə Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdılar.
Bildirildi ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız  sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına  torpaqlarımızı düşməndən azad etmişdir. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Sonra Şəhid Ülvi Ağayevin keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Keçidlər