Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı təbdirlər davam etdirilir

04 mart 2021 | 16:00

 Martın 4-də rayonun İkinci Ərəbcəbirli kəndində lövhənin üzərində kəndin şəhidlərinin xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksinin açılışı olub.
  Kompleksin açılışında rayon İcra Hakimiyyəti, kənd sakinləri, şəhidin yaxınları iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Şəhidlərin məzarını ziyarət etmiş və gül dəstələri düzmüşlər.
  Açılış tədbirində şəhidlərin keçdiyi şərəfli ömür yolundan bəhs edilmiş, Azərbaycan ordusunun gücündən, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən danışılıb.
  Həmçinin bu gün Şəhid Ayaz Elson oğlu Əhmədovun ad günü məzarı önündə qeyd edilmişdir.
   Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə görə Şəhidlərin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişdir.

Keçidlər