Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə videokonfrans keçirilib

03 mart 2021 | 16:00

 Martın 3-də rayon icra Hakimiyyətinin başçısı şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin və aidiyyəti idarə, müsəssisə, təşkilat rəhbələrinin iştirakı ilə videokonfransı keçirib.
  Videokonfransda rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlərin daha da gücləndirilməsi, mobil qruplar tərəfindən əhalinin maarifləndirilməsinin mütəmadi olaraq aparılması, ictimai-iaşə obyektlərində müvafiq qaydalara əməl edilməsi, qoruyucu maskalardan istifadənin zəruriliyi, dəfn mərasimlərinin nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verilib.
  Sonra Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin direktoru Elçin Bilalov məlumat verərək bildirmişdir ki, rayonumuzda 21 yanvar 2021-ci il tarixdən başlayaraq əhalinin koronavirusa (COVİD-19) qarşı vaksinasiya olunması prosesinə başlanılmış, rayon Mərkəzi Xəstəxanasında xüsusi otaqlar ayrılaraq zəruri şərait yaradılmışdır. Əhalinin vaksinasiya olunması müntəzəm olaraq aparılır, peyvənd olunanlar ilk öncə hərtərəfli həkim müayinəsindən keçirilir. Bu günədək artıq 2869 nəfər artıq rayon sakininin peyvənd olunması həyata keçirilib. Bunlardan 853 nəfəri 65 yaşdan yuxarı, 1641 nəfəri 50-65 yaş arası, 375 nəfəri isə 50 yaşdan az olan vətəndaşlardır. Həmçinin 2-ci doza üçün də 621 nəfər vaksiniya prosesindən keçmişdir.
  Həmçinin qeyd olunub ki, Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması qarşıda duran əsas vəzifələrdən biridir.
  Videokonfransda 44 günlük müharibədə qazanılmış qələbə ilə əlaqədar təbliğat işlərinin gücləndirilməsi barədə müvafiq tövsiyyələr verildi.

Keçidlər