Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Məmmədov Elvinin şərəfinə ucladılmış bulaq-abidə kompleksinin açılışı olub

27 fevral 2021 | 16:00

 Rayonun Ləkçılpaq kəndində Şəhid Məmmədov Elvinin ad günü münasibəti ilə bulaq-abidə kompleksinin açılışı olub.
  Kompleksin açılışında rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin yaxınları iştirak edib.
  Çıxış edən rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İkram Vəliyev və digərləri şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs edib, gənclərə nümunə göstəriblər. Azərbaycan ordusunun gücündən, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs edilib.
  Xatırladaq ki, Məmmədov Elvin Mübariz oğlu 01 oktyabr 2020-ci il tarixdə Ağdərə-Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
  Şəhidin atası Məmmədov Mübariz şəhidin xatirəsinin əbədiləşdirilməsinə görə hər kəsə minnətdarlığını bildirib. Vətən sağ olsun. Qarabağ Azərbaycandır!

 

Keçidlər