Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Xəyal Məmmədovun ad günü qeyd olundu

13 fevral 2021 | 16:00

 13 fevral 2021-ci il tarixdə rayonun Birinci Ərəbcəbirli kəndi sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Xəyal Arif oğlu Məmmədovun ad günü Şəhidin evində və məzarı önündə, rayon İcra Hakimiyyəti başçısının birinci müavini, aparatının məsul şəxsləri, dindarlar və ağsaqqallarlar birlikdə qeyd olundu.
  Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
  Tədbirdə Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdılar. Bildirildi ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız  sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına  torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
  Sonra Şəhid Xəyal Məmmədovun keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb.
  Şəhidin ailə üzvləri Xəyalın ad günündə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.

Keçidlər