Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib

05 fevral 2021 | 16:00

 05 fevral 2021-ci il tarixdə şəhid ailələri ilə keçirilmiş növbəti görüşdə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, ailələrinin nümayəndələri və rayon İcra Hakimiyyəti aparatının işçiləri iştirak edib.
  Görüşdə şəhidlərimizin əziz xatirəsi yad edilmiş, barələrində xoş təəsüratlar danışılmışdır. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Onlar hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.
  Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıq və təşəkkürlərini bildirmişlər

Keçidlər