Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhidlərimizin məzarları ziyarət edildi

19 yanvar 2021 | 16:00

 Göyçay rayon İcra Hakimiyyətinin başçısı yanvarın 19-da rayonun Çayarxı, Qarabaqqal, Bığır, Qaraməryəm, Aşağı Qaraməryəm, Şahsoltanlı, İnçə, Hacalıkənd və Dövranlı kəndlərində şəhid ailələri ilə birlikdə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların məzarlarını ziyarət edib.
  Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
  Ziyarət zamanı şəhidlərin ailə üzvləri ilə görüşən rayon İcra Hakimiyyətinin başçısı ərazimizin bütövlüyü uğrunda sinəsini sipər etmiş şəhidlərimizin ailələrinə dövlət qayğısının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələlərinin həmişə diqqətdə saxlanıldığını bildirmişdir.
  Şəhid ailələrinin üzvləri onlara göstərilən qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər

 

Keçidlər