Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbərliyi Qarabağ müharibəsi şəhidlərinin məzarını ziyarət etdi

18 yanvar 2021 | 16:00

 18 yanvar 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Çaxırlı, Məlikkənd, Şıxbəy, Kürdşaban, Yenikənd, Mollahacılı, Qızılağac, Kürdəmiş, Qubadlı Şıxlı, Türkmən, Cəyirli kəndlərində və şəhərdəki Şəhidlər Xiyabanında şəhid ailələri ilə birlikdə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların məzarlarını ziyarət edib.
 Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
 Ziyarət zamanı şəhidlərin ailə üzvləri ilə görüşən rayon İcra Hakimiyyətinin başçısı vətənin müstəqilliyi uğrunda sinəsini sipər etmiş şəhidlərimizin ailələrinə dövlət qayğısının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.
 Şəhid ailələri onlara göstərilən qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər

 

Keçidlər