Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Qarabağ müharibəsi şəhidlərinin məzarı ziyarət olundu

15 yanvar 2021 | 16:00

 15 yanvar 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Yalman, Ləkçılpaq, Şəkər, Mırtı, Bəydövül, Alpout kəndlərində şəhid ailələri ilə birlikdə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların məzarlarını ziyarət edib.
 Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
 Sonra rayon İcra Hakimiyyətinin başçısı Birinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olmuş İsmayıl İsmayılovun atası ilə görüşmüş və vətənin müstəqilliyi uğrunda sinəsini sipər etmiş şəhidlərimizin ailələrinə dövlət qayğısının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.
 Şəhid ailələri onlara göstərilən qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər

 

Keçidlər