Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbərliyi şəhidlərin məzarını ziyarət etdi

14 yanvar 2021 | 16:00

 14 yanvar 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı şəhərdəki Şəhidlər Xiyabanında və Çərəkə kənd qəbiristanlığında olmuşdur.
 Rayon İcra Hakimiyyətinin başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş əsgərlərimizin məzarını ziyarət etmiş və məzar daşlarının hazırlıq vəziyyəti ilə maraqlanmışdır.
 Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirən qəbir daşlarının abadlaşdırılması məqsədilə müvafiq tapşırıqlar vermişdir.
 Sonra Çərəkə kəndinin şəhid ailələrinin üzvləri ilə görüşmüş və Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin göstəriş və sərəncamları ilə Vətənin müstəqilliyi uğrunda sinəsini sipər etmiş şəhidlərimizin ailələrinə dövlət qayğısının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.
 Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildirmişlər

 

Keçidlər