Göyçay rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları ilə birlikdə mobil qruplar tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə fəaliyyətinə icazə verilən obyektlərdə, əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydləri davam etdirirlər.
Son 3 gün ərzində rayonda ictimai iaşə, ticarət, bərbərxana, gözəllik salonları, yas mərasimləri və digər sahələr üzrə 288 reyd keçirilmişdir.
Keçirilən reydlər zamanı 136 nöqsan aşkar edilərək xəbərdarlıq edilmiş, 9 nəfər barəsində protokol tərtib edilərək 900 manat cərimə edilmişdir. 7 yas mərasiminə xəbərdarlıq edilmişdir.
Həmçinin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən 41 nəfər şəxsə mövcud sanitar-epidemioloji tələblər izah olunub.
Rayon ərazisində reydlər davam etdirilir
|