Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda nar bağlarından 38 min tondan çox məhsul götürülüb

10 yanvar 2021 | 16:00

 Göyçayda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bunun sayəsində də rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır.
 Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından 100 tonlarla məhsul istehsal edərək bazarlara göndərirlər. Göyçayda həyətyanı sahələrlə birlikdə hazırda 6709,1 hektar meyvə bağı vardır və bunun yarıdan çoxunun -3671,4 hektarı nar bağlarıdır. Cari təsərrüfat ilində bağbanlar təkcə nar bağlarından 38001,1 ton məhsul toplayaraq bazarlara göndəriblər. Hər hektarın məhsuldarlığı 112,7 sentner olub.

 

Keçidlər