Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir

11 yanvar 2021 | 16:00

 11 yanvar 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və könüllü yollanan Vətən müharibəsi iştirakçıları ilə növbəti görüş keçirdi.
  Görüşdə Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan, döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarını, torpaqlarımız azad olunduqca yaşadıqları hisslərdən bəhs edilib.
  Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova düşmən qüvvələrinin məğlub edilməsində mərd əsgərlərimizə xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə bir daha Böyük Qələbə münasibətilə təbrik edərək təşəkkürnamə təqdim edib.
  Sonra müharibə iştirakçıları göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
  Görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib

 

Keçidlər