Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsinin iştirakçıları ilə növbəti görüş keçirildi

08 yanvar 2021 | 16:00

 Yanvarın 08-də rayon İcra Hakimiyyətinin başçısı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və könüllü yollanan Vətən müharibəsi iştirakçıları ilə növbəti görüş keçirdi.
  Müharibə iştirakçıları Şəhidlər Xiyabanında olmuş, Şəhidlərimizin məzarlarını ziyarət etmiş və üzərlərinə  tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
  Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən görüşdə torpaqlarımızın işğaldan azad olunması zamanı şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
  Görüşdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Böyük Qələbə münasibəti ilə qalib əsgərlərimizi təbrik edərək bu Qələbədə Ali Baş Komandan Cənab İlham Əliyevin və Rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd edib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hərbçilərimizə, şəhidlərimizə və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan söz açıb. Bildirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımızın cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunurlar.
  Rayon İcra Hakimiyyətinin başçısı düşmən qüvvələrinin məğlub edilməsində döyüş tapşırıqlarını icra edərkən yaralanan mərd əsgərlərimizə xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə bir daha Böyük Qələbə münasibətilə təbrik edərək təşəkkürnamə təqdim edib.
  Sonra Müharibə iştirakçıları qəbul olunduqları üçün öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
  Görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.

 

Keçidlər