Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı Çərəkə kəndində İkinci Qarabağ müharibəsinin iştirakçıları ilə görüşdü

30 dekabr 2020 | 16:00

30 dekabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Çərəkə kəndində İkinci Qarabağ müharibəsinin iştirakçıları ilə görüşmüş və şəhidlər xiyabanında Azərbaycan bayrağını ucaltmışlar.
Müharibə iştirakçıları Çərəkə kəndində Şəhidlər Xiyabanında Şəhidlərimizin məzarlarını ziyarət etmiş və üzərlərinə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
Çərəkə kəndində Şəhidlər xiyabanında Azərbaycanın Dövlət bayrağının ucaldılması münasibəti ilə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Azərbaycan ordusunun gücündən, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs edilib.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandığını bildirərək qazanılan qələbədə Ordu ilə birlik nümayiş etdirən Azərbaycan xalqının da payı böyük olduğunu qeyd edib.
Tarixi ədalətin bərpa edildiyini bildirən rayon rəhbəri şəhid ailələri, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışıb, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimizin heç vaxt unudulmayacaqlarını, onların əməllərinin gələcək nəsillərə nümunə olduğunu qeyd etmişdir.
Sonda rayon İcra Hakimiyyətinin başçısı şəhid Şirinov Eldar Bağır oğlunun ailə üzvləri ilə görüşmüş, Şəhid ailələrinə daim göstərilən diqqətə və qayğıya görə ölkə başçısına və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.

Keçidlər