Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Abdulcəmil Bilalovun şərəfinə ucladılmış bulaq-abidə kompleksinin açılışı olub

29 dekabr 2020 | 16:00

Dekabrın 29-da rayonun Ləkçılpaq kəndində Şəhid Abdulcəmil Bilalovun şərəfinə ucladılmış bulaq-abidə kompleksinin açılışı olub.
Kompleksin açılışında rayon rəhbərliyi, hərbçilər, rayon ictimaiyyəti və şəhidin yaxınları iştirak edib. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı və digərləri şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs edib, gənclərə nümunə göstəriblər. Azərbaycan ordusunun gücündən, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs edilib.
Xatırladaq ki, Bilalov Əbdulcəmil Xəqani oğlu 20 noyabr 2020-ci il tarixdə Suqovuşan kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhidin iki övladı var.
Şəhidin atası Xəqani Bilalov şəhidin xatirəsinin əbədiləşdirilməsinə görə hər kəsə minnətdarlığını bildirib. Vətən sağ olsun. Qarabağ Azərbaycandır!

Keçidlər