Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda şəhidlərin xatirəsinə 2783 ədəd ağac əkilib

10 dekabr 2020 | 16:00

10 dekabr 2020-ci il tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndi ərazisindən keçən hissəsində Vətən müharibəsində şəhid olan hərbçilərimizin hər birinin adına bir ağac əkilib.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən ağacəkmə aksiyasına qoşulan rayon ictimaiyyəti, ümumilikdə, 2783 ədəd ağac əkib.
Göyçay rayon İcra Hakimiyyətinin əməkdaşlarının, bələdiyyə və icra nümayəndəliklərinin üzvlərinin və könüllülərin də iştirak etdiyi ağacəkmə tədbirində əsasən rayonun simvolu olan nar və həmişəyaşıl ağacları əkilib. Tədbir sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.

Keçidlər