Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri gücləndirilib

29 noyabr 2020 | 16:00

Göyçay rayonunda koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri gücləndirilib və bu istiqamətdə dezinfeksiya işləri də qrafikə uyğun olaraq mütəmadi sürətdə davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşlar tərəfindən karantin rejimi qaydalarına əməl edilməsinə nəzarət məqsədilə reydlər keçirilir, habelə ictimai yaşayış evlərində, küçə və parklarda, əhalinin sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılır.
Təkcə son iki gündə çoxmərtəbəli yaşayış binalarının dəhlizləri, həyəti, avtovağzal kompleksi, parklar və küçələr, yol kənarları xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.

Keçidlər