Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra hakimiyyətinin başçısı yanında Operativ Qərargahın növbəti iclası keçirilib.

13 noyabr 2020 | 16:00

13 noyabr 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Göyçay rayonu ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər barədə Qərargah üzvlərinin növbəti iclasını keçirdi.
Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərlərinin və koronavirus infeksiyasının yoluxma halı çoxluq təşkil edən rayon icra hakimiyyəti başçısının Göyçay şəhər, Qaraməryəm, Qarabaqqal, Potu, Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin də iştirak etdiyi  iclasda Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyyələrə uyğun olaraq epidemiyanın qarşısının alınması və koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan tədbirlərin gücləndirilməsi müzakirə edildi.
İclasda Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Elçin Bilalov çıxış edərək rayonu ərazisində koronavirus infeksiyasına yoluxanlar və yoluxmaya qarşı aparılan müalicə-profilaktika tədbirləri barədə məlumat verdi.
Müzakirə zamanı qeyd olundu ki, aidiyyətı orqanların, o cümlədən idarə, müəssisə, təşkilatların, ictimai təşkilatların, siyasi partiyaların rəhbərləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalar barədə əhali arasında maarifləndirmə işlərini gücləndirməlidir. Mütəmadi olaraq ictimai yerlərdə insanlarla izahat işləri aparmalı, onları sosial mühafizə qaydalarına tam əməl etmələrinə məcbur edilməlidirlər. Mədəniyyət idarəsi tərəfindən şəhər ərazisində avtobillə təbliğat işi mütəmadi olaraq davam etdirilməlidirlər.
Müzakirə zamanı həmçinin qeyd olundu ki, rayon ərazisində ictimai yerlərdə, bazarlarda, ticarət mərkəzlərində, ictimai-iaşə, bərbərxana və digər xidmət obyektlərində müvafiq qaydalara əməl edilməsinə ciddi nəzarət olunmalıdır. Bu işdə mobil qrupların fəaliyyəti, nəzarəti gücləndirilməlidir. Lazım olduqda qanuna müvafiq inzibati məsuliyyət tədbirləri görülməlidir.
Yığıncaqda həmçinin rayonun idarə, müəssisə və təşkilatlarında, park, xiyaban və küçələrdə mütəmadi olaraq dezinfeksiya tədbirlərinin davam etdirilməsi və dezinfeksiya işlərinin aparılmasına dair növbətin qrafikin rayon qərargahına təqdim olunması qərara alındı.

Keçidlər