Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Nar festivalı “Göyçaydan Qarabağa!”

01 noyabr 2020 | 16:00

01 noyabr 2020-ci il tarixdə Göyçay rayonunda hər il təşkil olunan ənənəvi Nar festivalı bu il fərqli farmatda keçirildi. “Göyçaydan Qarabağa!” adlı tədbirdə Göyçayın simvolu olan meyvələrin şahı narla yüklənmiş karvan ön xəttə olan cəbhə bölgəsində hərbiçilərimizə göndərildi.
15-ci Nar festivalı-"Göyçaydan Qarabağa!" adlı tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçməsinin nəticəsi olaraq Ali baş komandanın əmri ilə əks hücum həmləsi həyata keçirilməsi, ordumuzun qəhrəmanlığı nəticəsində işğal altında olan torpaqlarımızın çox hissəsinin azad olması barədə məlumat verdi.
Azərbaycan Respublikası Prezidentinin daxili və xarici siyasətinin nəticəsi olaraq bu gün tarixi, əbədi və əzəli tarpaqlarımıza qayıdış, vətən torpaqlarımızın azad olması əməliyyatı uğurla davam edir. Xalq rəhbər, ordu birliyi "Biz birlikdə güclüyük" şüarı ətrafında sıx birləşmək "Qarabağ Azərbaycandır!" adı altında zəfər çalmağa nail olacağımız günün uzaqda olmadığına şərait yaratdı.
Rayon rəhbəri çıxışında bu il keçirilən Nar festivalını cəbhə bölgəsində olan əsgərlərimizə nar karvanının yola salınması ilə əvəz olunacağını rayon sakinlərinin razılığı ilə qarşılandığını vurğuladı.
İcra Başçısı üç rəngli bayrağımızın bütün azad olunmuş torpaqlarda dalğalanacağına az bir müddət qaldığını qeyd edərək, növbəti Nar festivalının Şuşada keçiriləcəyinə əmin olduğunu mərasim iştirakçılarına bildirdi.
Çıxış edən natiqlər bu gün ökkəmizdə olan birlik, Azərbaycan ordusunun əldə etdiyi uğurlu döyüşlər, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbələrdən danışaraq, birlik rəmzi olan nar meyvəsinin vətəni olan Göyçaydan Qarabağa nar karvanının yola salınması 15-ci Nar festivalı kimi yadda qalacağını vurğuladılar. Sonda avtomobil karvanı alqış və cəngi sədası ilə cəbhə bölgəsinə yola salındı. Tədbir pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilmişdir.

Keçidlər