Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərində Gənc könüllülər "Koronavirus" xəstəliyinin əleyhinə qarşı tədbirlər həyata keçiriblər.

29 iyul 2020 | 16:00

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin start verdiyi "Bir-birimizi qoruyaq" adlı kampaniyasını Gənc Könüllülər bu gün də davam etdirib.
Mobil qruplara daxil olan Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri pandemiya ilə bağlı aparılan maarifləndirmə tədbirlərində fəallıq göstərirlər.
Onlar bankomat və terminalların qarşısında olarkən tibbi maskadan düzgün istifadə qaydasını əks etdirən flayerlər paylayır, obyektlərə müxtəlif maarifləndirici stikerlər yapışdırır və ictimai iaşə obyektləri, ticarət obyektlərində reydlər apararaq maarifləndirmə işləri görürlər.
Onlar üzərində "Aralı əyləşin, sağlam olun", "Sağlamlıq məsafəsi saxlayın", "Məsafə saxla", "Bir-birimizi qoruyaq", "Dayanmadan çalışırıq" kimi üzərində şüarlar olan yazılı stikerləri oturacaqların üzərinə, avtobusların daxilinə, taksi və mağazalara yapışdırıblar.
Vətəndaşlara qapalı məkanlarda maskadan istifadə etməyin məcburiliyi izah olunur, əks halda, tələblərin pozulması hallarına yol verən qurum və cavabdeh şəxslərin cərimələnəcəyi bildirilir. Bu kimi addımlar şəhər sakinləri tərəfindən yüksək qiymətləndirilir.
Xatırladaq ki, gənclər tərəfindən bu kimi nümunəvi addımların atılması bütün karantin günləri ərzində mütəmadi olaraq davam etdiriləcək.

Keçidlər