Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir

22 iyul 2020 | 16:00

İyun ayının 22-də rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhərin mərkəzi küçələrində və parklarda  olmuş, rayon sakinlərinə Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah edilmiş və koronovirus infeksiyasından qorunma yolları barədə maarifləndirici söhbətlər aparılmışdır. Aşkarlanan qanun pozuntuları barədə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən xəbərdarlıq olunaraq inzibati protokol tərtib edilmişdir.
Həmçinin, vətəndaşlarla söhbət zamanı son günlər Ermənistan Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş hadisələr haqqında məlumat verərək bildirdi ki, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artileriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbiçilərimiz həlak olmuş, yaralanmışlar. Azərbaycan Silahlı qüvvələri tərəfindən hərbiçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə ağır zərbələr endirilmişdir. Milli ordumuz düşmənə bir daha öz layiqli gücünü göstərmişdir.

Keçidlər