Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon ərazisində yanğın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı qərargah üzvlərinin yığıncağı keçirilmişdir

17 iyun 2020 | 16:00

17 iyun 2020-ci il tarixdə rayon ərazisində yanğın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı yeni yaradılmış rayon qərargahının ilk iclası keçirilmişdir.
İclasda qeyd edilmişdir ki, son vaxtlar yerlərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməməsi ilə əlaqədar yanğın hadisələrinin baş vermə ehtimalı xeyli artmış, biçilmiş taxıl zəmilərində, həmçinin nəzarətsiz ərazilərdə yanğın hadisələri qeydə alınmışdır. Belə halların qarşısının alınması məqsədilə rayon icra hakimiyyəti başçısının sədrliyi ilə xüsusi qərargah üzvlərinin üzərinə çox ciddi təşkilatı işlər düşdüyü bildirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirdi ki, biçilmiş taxıl zəmilərinin, təcili olaraq rayon ərazisindən keçən Respublika üçün strateji əhəmiyyətə malik olan hava elektrik verilişi xətilərinin altındakı mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılması, təhlükəsizlik tələblərini pozan şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin və digər zəruri təxirəsalınmaz işlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Keçidlər