Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Qərargah üzvlərinin növbəti iclası keçirildi

17 iyun 2020 | 16:00

17 iyun 2020-ci il tarixdə Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və əhali arasında mütəmadi olaraq maarifləndirmə işlərinin daha da gücləndirilərək aparılması, sanitar epidemioloji normalara əməl olunması ilə bağlı rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə Qərargah üzvlərinin növbəti iclası keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Rayon ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə sanitar-təmizlik, tibbi-profilaktik, dezinfeksiya işlərinin mütəmadi davam etdirilməsini bir daha diqqətə çatdırdı.
İclasda karantin rejimi müddətində rayon ərazisində həyata keçirilən tədbirlər barədə qərargah üzvləri məlumat verərək qeyd olundu ki, rayonda xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə Göyçay rayonunda qismən əməl olunsa da  hələdə bu tələblərə etinasız yanaşanlar, tələblərə əməl etməyənlər, yas mərasimləri yığcam halda olsa da amma məsafə tələbinə əməl etməyənlər vardır ki, buda böyük narahatçılıq yaradır. 
Həmçinin yerlərdə icra nümayəndəlikləri və könüllülər tərəfindən əhalinin sıx olduğu ictimai yerlərdə pulsuz tibbi maska və dezinfeksiya vasitələri paylanılır,  sahibkarlıq obyektlərində gündəlik olaraq monitorinq və maarifləndirici söhbətlər aparılır. Bütün bu işlər maarifləndirici tədbirlər bir daha gücləndirilərək davamlı olmalıdır.

Keçidlər