Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

01 iyun 2020 | 16:00

Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir.
Bu gün uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda  yeni-yeni bağçalar tikilir, məktəblər inşa olunur, parklar salınır. Uşaqlar bu şəraitdən maksimum istifadə etməklə bilik və bacarıqlarını artırırlar. Çünki müasir dövrün tələb etdiyi peşələri düzgün seçməklə, elm, texnologiya, idman, incəsənət və digər sahələrdə uğurlar qazanmaqla Azərbaycanımızın gələcəkdə daha da güclü olmasını təmin etmək mümkündür. Uşaqlar kompüter yeniliklərini, sosial şəbəkələri, müxtəlif proqramları sürətlə mənimsəyirlər.
Sosial izolyasiya və xüsusi karantin rejimi dövründə rayon gəncləri sosial şəbəkələrdə onları maraqlandıran bir sıra məsələlər üzrə onlayn müzakirələr təşkil etmiş və fikir mübadiləsi aparmışlar.

Keçidlər