Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

10 may Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.

10 may 2020 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Azərbaycan xalqının ümummilli lideri, böyük siyasi və dövlət xadimi Heydər Əliyev 34 illik fəaliyyəti dövründə Azərbaycanın bütün guşələrinin inkişafına hərtərəfli diqqət yetirmiş, regionların sənaye və kənd təsərrüfatı potensialının inkişaf etdirilməsinə böyük qayğı göstərmişdir.
  Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışarkən  ulu öndər Heydər Əliyev 3 dəfə Göyçay rayonunda olmuş, rayon sakinləri ilə görüşlər keçirmiş, onlarla səmimi söhbət edərək qayğıları ilə maraqlanmışdır. Göyçay səfəri zamanı ümummilli lider tarlalara baş çəkmiş, əkinçilərin fikir və təkliflərini dinləmiş, onlara dəyərli tövsiyyələrini vermişdir.

Keçidlər