Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı yanında qərargah üzvlərinin növbəti iclası keçirildi

09 may 2020 | 16:00

May ayının 9-da Göyçay rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər barədə Qərargah üzvlərinin növbəti iclası keçirilib.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı M.Səlimzadə karantin rejimi müddətində ölkə başçısı tərəfindən əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər barədə vətəndaşların məlumatlandırılması və onların bu dövlət qayğısından yararlanmasına kömək göstərilməsi qərargah üzvlərinin diqqətinə çatdırılıb.
İclasda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən karantin rejimi müddətində bu istiqamətdə rayonda görülən işlər barədə məlumatlar verilib.
Yekunda rayonun yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinə riayət olunması, əhali arasında müayinələrin davam etdirilməsi,  xüsusi təbliğat vasitələrindən istifadə etməklə əhali arasında maarifləndirilmə tədbirlərinin gücləndirilməsi, bankomatların, terminalların, əhalinin kompakt toplaşdığı bütün yerlərin, həmçinin küçələrdə dezinfeksiya işlərinin aparılması ilə bağlı qərar qəbul olub və aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

Keçidlər