Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı yanında Qərargah üzvlərinin növbəti iclası keçirildi

24 aprel 2020 | 16:00

Göyçay rayonu ərazisində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi vəziyyəti ilə bağlı 24 aprel 2020-ci il tarixdə rayon İcra Hakimyyətinin başçısı yanında yaradılmış operativ qərargahın növbəti iclası keçirilib.
İclasda çıxış edən qərargah üzvləri tərəfindən bildirildi ki, koronavirus infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə yaşayış məntəqələrində, ictimai yerlərdə, küçələrdə, inzibati binalarda, çoxmərtəbəli yaşayış binalarının həyətlərində və girişlərində, ictimai nəqliyyat vastələrində, dayanacaqlarda və bankomatların ətraflarında, parklarda davamlı olaraq dezinfeksiya, sanitar-profilaktika işləri mütamadi olaraq aparılır, həmçinin koronavirus pandemiyasına qarşı mübarizə sahəsində elan edilmiş xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmət və müvafiq yardımlar göstərilir.
Bildirildi ki, aprel ayının 9-dan etibarən rayon sakinləri arasında koronavirus aşkarlanmamış və təkrar müayinələr davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar  tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, rayonun hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirildiyini bildirərək, poçt və bank filiallarının qarşısında karantin rejiminin tələblərinə əməl edilməsinə nəzərat gücləndirilməli, xüsusən vətəndaşlar arasında ara məsafələrinin gözlənilməsi üçün tədbirlər görülməli olduğunu qeyd etdi.
Yekunda qərargah üzvlərinin çıxış və təklifləri nəzərə alınaraq  koronavirus infeksiyasının  yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi qaydalarının daha da gücləndirilməsi ilə bağlı qərar qəbul edildi.

Keçidlər