Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Biz Birlikdə Güclüyük” layihəsi çərçivəsində Göyçay rayonunda aztəminatlı ailələrə ərzaq sovqatları paylanılıb

24 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirdiyi layihə çərçivəsində Göyçay rayonunda aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatları paylanılıb.
Sovqatların “bizbirlikdegucluyuk.az” portalına və 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında RİİB könüllülərinin iştirakı ilə ünvanlara çatdırılması təmin edilib.
Sovqat alan ailələr bu həssas dövrda onlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər