Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda könüllülər tərəfindən koronavirus infeksiyası ilə bağlı maarifləndirmə və mübarizə tədbirləri həyata keçirilir

25 mart 2020 | 16:00

Göyçay rayon könüllüləri və gənclər tərəfindən rayon sakinlərinə bukletlər paylanılıb, şəhərin mərkəzi küçə və prospektlərində elanlar yapışdırılaraq koronavirus infeksiyasına yoluxmamaq üçün maarfləndirmə tədbirləri aparılıb.
Ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayon İcra Hakimiyyətinin könüllüləri rayonda tək yaşayan ahıllara evlərindən çıxmamaq qadağasına riayət etmələri üçün onların zəruri gündəlik təlabatlarının ödənilməsinə köməklik göstərirlər. Könüllülər ahıl vətəndaşları qoruyucu maska və əlcəklər, həmçinin spirt məhlulu ilə təmin etmişlər.
Könüllülər koronavirus infeksiyasının geniş yayılma  təhlükəsi qarşısını almaq məqsədi ilə bir daha rayon sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırış ediblər.
Könüllülər tərəfindən xidmətlər lazımi qoruyucu vasitələrlə, müəyyən olunmuş məsafə saxlanılmaqla aparılır.

Keçidlər