Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib

17 mart 2020 | 16:00

Rayon əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək və süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil edilən yarmarkada mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
Bazara müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları gətirilib. Məhsulların keyfiyyəti ciddi yoxlanılır, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Rayon rəhbərliyi “TəzəBazar” adlanan ərazidə keçirilən yarmarkada iştirak edərək satışa çıxarılan kənd təsərrüfatı məhsullarının qiyməti ilə maraqlanıb. Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirmişdir ki, yarmarkanın təşkilində əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır. qiymətlərə ciddi nəzarət olunduğunu və heç bir qiymət artımı olmayacağını bildirmişdir.
Alıcılar bazarda yaradılan şəraitə görə rayon rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.
Satış yarmarkasına çıxarılan məhsullar bazar qiymətlərindən 15-20 faiz aşağı qiymətə satılıb.

Keçidlər