Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Xocalı faciəsinin 28-ci il ildönümü qeyd edildi

26 fevral 2020 | 16:00

26 fevral 2020-ci il tarixdə Xocalı soyqırımı faciəsinin 28-ci il ildönümü münasibətilə keçirilən tədbirdə Şəhidlər Xiyabınında ucaldılmış “Soyqırım” abidəsi önünə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, Xocalıdan olan rayonda məskunlaşmış məcburi köçkünlər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ümumrayon tədbirində çıxış edənlər erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş soyqırımı törətmələrindən, Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisinin müasir hərbi texnika ilə silahlanmış yağı düşmənin qəfil və amansız hücumuna məruz qalmasından, yüzlərlə günahsız insanın kütləvi şəkildə məhv edilməsindən, qocalar, qadınlar, uşaqlar, hətta körpələrin ən dəhşətli üsul və vasitələrlə qətlə yetirilməsindən, əhalinin əksəriyyətinin girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşdiklərindən danışıblar.
Bildirilib ki, məhs ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmiş və faciənin dünya dövlətləri tərəfindən tanıdılması istiqamətində iş aparılmışdır. Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq artıq Xocalı faciəsi dünyanın bir çox dövlətləri tərəfindən soyqırım kimi qəbul edilmişdir.
Sonda tədbir iştirakçıları “Soyqırım” abidəsi önünə gül-çiçək dəstələri düzərək soyqırım qurbanlarının əziz xatirələrinə hörmətlə ehtiramlarını bildiriblər.

Keçidlər