Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirlər davam etdirilir

25 fevral 2020 | 16:00

25 fevral 2019-cu il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərdən ibarət “Xocalıya ədalət”, “Xocalıya azadlıq” şüarları altında Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi ilə şəhərin Heydər Əliyev prospektində izdihamlı yürüş keçirilmişdir.
Göyçay Gənclər mərkəzində davam edən tədbirdə əvvəlcə gənclərin Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Elşən Şirinov çıxış edərək bildirdi ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli soyqırım, xalqımızın yaddaşından heç vaxt silinməyəcək, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Daha sonra Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, gənclərin ifasında “Xocalını unutmadıq, unutmayacayıq” adlı ədəbi-bədii kompozisiya nümayiş edildi.

Keçidlər