Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid ailələrinin evinə ziyarət təşkil olunub

18 yanvar 2020 | 16:00

18 yanvar 2020-ci il tarixdə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda 20 yanvar faciəsi zamanı şəhid olmuş Mehman Muradov və Rauf İsayevin ailələri rayon İcra Hakimiyyətinin, rayon qeydiyyat şöbəsinin və Regional Ədliyyə idarəsinin nümayəndələri tərəfindən ziyarət olunmuş və xatirələri dərin hüznlə yad edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova Azərbaycanın müstəqillik qazanmasında öz müstəqil inkişaf yolunu seçməsində 20 yanvar faciəsi zamanı öz canlarını qurban vermiş şəhidlərimizin böyük rolu olduğunu söyləmiş və Azərbaycan xalqının 20 yanvar faciəsinin qurbanlarının heç zaman unutmadığını və unutmayacağını qeyd etmişdir.
Şəhid Mehman Muradovun qardaşı Mehdi Muradov vaxtı ilə Ulu Öndər Heydər Əliyev və hazırda Ölkə Prezidenti cənab İlham Əliyevin tərəfindən 20 yanvar əlilləri, şəhid ailələrini hərtərəfli qayğı ilə əhatə olunması məqsədi ilə mühüm qərarlar qəbul etdikləri üçün ölkə rəhbərliyinə öz dərin təşəkkürünü bildirmişdir.
20 yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsinə dair tədbirlər planına uyğun olaraq Şəhid ailələrinə humanitar yardımlar göstərilmişdir.

Keçidlər